
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları rəsmi diler və distribyutor institutlarının avtomobil bazarlarının inkişafındakı mühüm rolunu xüsusi qeyd ediblər.
Müzakirələr zamanı tərəflər parallel importun sivil avtomobil biznesinə və istehlakçı hüquqlarına vurduğu ziyanların aradan qaldırılması istiqamətində atılan addımlar barədə təcrübələrini bölüşüblər.
Görüşün sonunda AADA İdarə Heyətinin sədri Eyyub Əliyev və AKAB Prezidenti Vladimir Gerassimenko iki qurum arasında təcrübə və informasiya mübadiləsi sahəsində əməkdaşlığa dair birgə Kommunike imzalayıblar.
AADA-nın informasiya xidməti
4 Noyabr 2026-cı il